"Miqrantların Azərbaycana qanunsuz daxil olmaq cəhdləri var" - PA-nın şöbə müdiri

img

12-10-2016 [10:25]


"Ermənistanın işğalına məruz qalan Azərbaycan ciddi miqrasiya problemi ilə üzləşib".

Bunu bu gün Bakıda MDB dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclasının açılışında çıxış edən Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.

F. Ələsgərov bildirib ki, işğal olunmuş ərazilərdə qanunsuz miqrasiya və narkotik dövriyyəsi həyata keçirilir: "Orta Şərqdə baş verən proseslər fonunda Avropada qaçqınlarla təhqiramiz davranılır. Avropa İttifaqında miqrasiya problemi ilə effektiv həll mexanizmi hələ tapılmayıb. Bir çox halda adi insan hüquqlarına əməl edilmir. Digər tərəfdən, miqrasiya böhranı fonunda Avropada irqçilik, dözümsüzlük artır. Miqrantların Azərbaycana da qanunsuz daxil olmaq cəhdləri var. Azərbaycan əlverişli geosiyasi məkanda yerləşir, sabit ölkədir, multikulturalizm hökm sürür".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA