Nazpəri Dostəliyeva Tiflisə konsert verməyə gedir

img

06-05-2010 [12:52]


Bir müddət öncə ?Getdi yar? xalq mahnısını duet şəklində ifa edən xalq artisti Nazpəri Dostəliyeva və 5 yaraşıqlı oğlandan ibarət sevilən NEXT qrupu yenidən eyni səhnədə görünəcək. Bu dəfə onlar Azərbaycan səhnəsində deyil, xarici ölkədə həmyerlilərimizin qarşısında konsert proqramı ilə çıxış edəcəklər. Konsertin təşkilatçısı olan "Europe Star" kompaniyasının mətbuat xidmətindən verilən məlumata görə, tədbir Gürcüstanın paytaxtı Tiflisdə keçiriləcək. 28 May Müstəqillik Günü münasibəti ilə təşkil olunan konsert Tiflis Dövlət Filarmoniyasında baş tutacaq. Konsertdə Nazpəri xanım və NEXT-dən sürpriz ifalar gözlənilir. "Europe Star" kompaniyasının direktoru Seyid Təbrizi seçimlərinin niyə məhz bu sənətçilər olmasına belə aydınlıq gətirib: ?Nazpəri xanım çox sevilən sənətçidir, ələxüsus da burada yaşayan həmyerlilərimiz tərəfindən. O ki qaldı NEXT qrupuna son zamanlar onların mahnıları Gürcüstanın müxtəlif radiolarında tez-tez səslənir və bu qrupa qarşı çox böyük istək və maraq var. Elə bu kimi nüansları da nəzərə alıb, çox düşünmədən Nazpəri Dostəliyervanı və NEXT qrupunu dəvət etdik. İnanıram ki, bu konsert nəinki burada yaşayan azərbaycanlıların, hətta gürcülərin də ürəyincə olacaq. Ancaq təbii ki, Azərbaycanın Müstəqillik Günü olduğu üçün biz bunu buradakı həmyerlilərimizə hədiyyə edəcəyik".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA