“Referendumda qanun pozutusu qeydə alınmayıb” - Məzahir Pənahov

img

11-10-2016 [16:32]


Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı sentyabrın 26-da ümumxalq səsverməsi (referendum) lazımi səviyyədə təşkil edilib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

M.Pənahov bildirib ki, aşağı seçki komissiyaları operativ şəkildə fəaliyyət göstərib və seçiciləri məlumatlandırıb: "Hər bir Azərbaycan ailəsində Konstitusiyaya dəyişikliklərin mətni var idi və hər bir ailənin Referendum Aktı ilə tanış olmaq imkanı yaranmışdı. Azərbaycan seçicisi artıq öz hüquqlarını yaxşı bilir”.

MSK sədri qeyd edib ki, ilk dəfə idi mətbuat da referendumda hər hansı xoşagəlməz hadisə qeydə almayıb: "Ümumiyyətlə, referendumda hər hansı bir qanun pozutusu qeydə alınmayıb”.

M.Pənahov bildirib ki, polis əməkdaşlarının seçkilər zamanı asayişin təmin edilməsi istiqamətində fəaliyyəti də yüksək qiymətləndirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA