11-10-2016 [15:56]
Gürcüstanda yaşayan azərbaycanlıların sosial-iqtisadi durumu Gürcüstan dövləti ilə yanaşı Azərbaycanın da nəzər nöqtəsindədir.
Dünya Azərbaycanlıları Konqresinin İcra aparatının rəhbəri, BDM sədrinin birinci müavini Samir Adıgözəlli Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı İnterpress.az saytına açıqlama verib.
Samir Adıgözəlli hesab edir ki, Gürcüstanda keçirilən parlament seçkiləri dünya ictimaiyyətinin olduğu kimi, Azərbaycan ictimaiyyətinin də diqqət mərkəzindədir:
"Bu diqqət sadəcə Gürcüstanın bizə qonşu olmasından yox, həmçinin də, Gürcüstanda yaşayan azərbaycanlıların taleyinə maraqdan qaynaqlanır. Azərbaycan dövləti hər zaman Gürcüstanı ciddi məsələlərdə müdafiə etmiş, onun ərazi bütövlüyünə, siyasi addımlarına hər zaman hörmətlə yanaşıb və onun yanında olub”.
Azərbaycan və Gürcüstan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinə diqqət çəkən Samir Adıgözəlli bu münasibətləri pozmağa çalışan qüvvələri gözardı etməməyin vacibliyini vurğulayıb: "Müəyyən qüvvələr çalışır ki, Azərbaycan-Gürcüstan münasibətləri korlansın. Xüsusilə də, Gürcüstanda müxtəlif vəzifələri tutmuş ermənilər bu prosesdə maraqlıdırlar. Lakin nə Azərbaycan, nə də Gürcüstan belə təxribatlara heç vaxt getməyib”.
Müsahibimiz həmçinin Gürcüstanda yaşayan azərbaycanlıların problemlərindən söz açıb:
"Gürcüstanda yaşayan azərbaycanlıların kənd təsərrüfatı, suvarma, məşğulluq və təhsil sahəsində problemləri var. Yeni formalaşdırılan parlamentdə bu cür problemlərin daha aktiv müzakirə edilməsini ümid edirik. Azərbaycanlı millət vəkillərinin seçilməsi də buna daha çox inam yaradır”.
Sonda seçki prosesini şərh edən Samir Adıgözəlli, Gürcüstanda sabitliyin qorunub saxlanılmasının region üçün əhəmiyyətindən danışıb: "Məsələyə politoloji istiqamətdən yanaşsaq, seçkidən əvvəl ictimai-siyasi atmosferdə seçkilərin başa-baş gedəcəyi barədə fikirlər mövcud idi, müxalifətdə olan Vahid Milli Hərəkat partiyası yüksək fəallıq göstərirdi. Bununla belə Gürcü arzusu da üstünlüyü əldən vermək niyyətində deyildi. Ümumilikdə, Gürcüstan demokrtaiya yolu ilə irəliləyən ölkədir. Seçkinin bəzi məntəqələrdə saxtalaşdırılması iddialarına isə Gürcüstan rəsmiləri lazım olan açıqlamanı verəcəklər. Hələ ki, tam nəticələr yoxdur, bu seçki prosesinin normal başa çatmasını arzu edirəm”.
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib
SOYUQ SAVAŞ GERİ DÖNÜR - Çin "Üçüncü Cəbhə”ni yenidən açıb, 15 milyon səfərbər olunub
Azərbaycan – etibarlı tərəfdaş, potensial təhlükə... (TƏHLİL)
Sabunçunun bu ərazilərində işıq olmayacaq
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO