"O bizim qatıldığımız tədbirlərə gəlmir" - General Aydəmirovdan Əbiyev açıqlaması

img

11-10-2016 [15:12]


"Müdafiə Nazirliyinin tövsiyəsi ilə ehtiyatda olan zabitlərlə görüşürük”.

Mia.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında ehtiyatda olan general-leytenant, Azərbaycanın Çindəki keçmiş hərbi attaşesi Yaşar Aydəmirov deyib. 

General-leytenant bildirib ki, görüşlər zamanı əsasən cəbhədəki vəziyyət müzakirə olunur və orduya hər cür dəstək ifadə edilir: "Generallarla, zabitlərlə müzakirələr aparırıq. Lazımdırsa əlimizdən gələn köməyi etməyə hazırıq”.

Yaşar Aydəmirov keçmiş müdafiə naziri, istefada olan general-polkovnik Səfər Əbiyevin generalların tədbirlərinə qatılıb-qatılmaması haqda da danışıb: "Səfər Əbiyevi belə tədbirlərdə görməmişəm. O bizim qatıldığımız tədbirlərə gəlmir. Mən özüm istefada yox? Ehtiyatda olan generalam. Səfər Əbiyevlə hər hansısa əlaqəm yoxdur. Onu heç görmürəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA