11-10-2016 [12:39]
İTV-nin aparıcısı, əməkdar jurnalist Xalid Niyazov Xətainin icra başçısı Razim Məmmədovla bağlı sensasion ittihamlar irəli sürüb.
Mia.az xəbər verir ki, o, bu ittihamları özünün "Feysbuk"dakı səhifəsində yazıb.
Həmin yazını olduğu kimi təqdim edirik:
Xalid NİYAZOV
"FB izləyiciləri bilirlər ki, mən hələm- hələm nəsə yazan deyiləm. Ancaq bu gün gördüklərim?! Yüz il əvvəl – Yazıq məmləkət!
Yazıq Vətən!- deyən aydınlarımız nə qədər haqlı və nə qədər də müasir imişlər. Çünki onların ürək ağrısı və qəlb yanğısı ilə səsləndikləri nadanlar bu gün də sağdılar, aramızdadırlar. Hətta hansı yollarlasa ən mühüm vəzifələrə belə dürtülə biliblər.
Əlqissə, bu gün Xətai RİH-də gördüklərim "tunelin sonunda” hər hansı bir işığın ola biləcəyi ehtimalına ümidlərimi bir xeyli sarsıtdı.
Razim Məmmədovun "balapadşahlığının” 10 illik tarixçəsinin həm maraqlı, həm qaranlıq, həm də "həlləm-qəlləm” məqamları ilə bağlı bir xeyli yazı nəzərdə tutduğumdan təfərrüata varmayacağam.
Deməli, sifətində "IQ”-sü yazılmış başçı nə aglının, nə adamlıgının, nə də ki biləyinin gücü çatdığı bəzi vəzifəli adamların əleyhinə şantaj xarakterli donos ala bilmədiyi iş adamlarını cəzalandırmaq məqsədilə bir aya yaxındır ki, onlara məxsus obyektlərin işığını kəsdirib. Təsəvvürünüzə gətirə bilirsinizmi?! Bayırda XXI əsrdir, ölkə Prezidenti gecəsini gündüzünə qatıb insanların həyatını asanlaşdırmaq və yaxşılaşdırmaq üçün can qoyur, komandası "farağat” vəziyyətindədir, hər kəs bacardığı işin qulpundan yapışıb, amma Xətai RİH başıçısı mağara şüuru, əşirət qaydaları ilə işləyir, onlarla ailənin çörək yediyi iş yerlərinin enerjisini kəsir. Adam rəsmi dönüb olub "montyor”!
Həmin insanlar gəlib başçi ilə görüş tələb etdilər, haqlarını tələb etdilər. Çifayda! Qəbri nurla dolsun, böyük Füzuli, elə bil o da yarım əsr əvvəl padşah sarayında deyil, Xətai RİH-də yazıbmış – Salam verdim, rüşvət deyil deyə almadılar.
Əvəzində özünü paytaxtin böyük bir rayonunun "qibleyi-aləmi” hesab edən başçı götürüb rayon polisinin rəisinə zəng vurur ki, həmin "şuluqçuları” çağır, qulaqburması ver. Bədbəxt və zavallı məxluq! O topuqdan olan ağlı ilə elə bilir ki, başqaları da özü ağıldadır.
Görün, bu oliqarx-məmur nə qədər harınlayıb ki, Prezidentin az qala hər çıxışında sahibkarlara qayğı, vətəndaşlara diqqət, bütövlükdə məmur təvazökarlığı ilə bağlı dönə-dönə vurğuladığı, təkrarladığı tövsiyə və tapşırıqları qulaq ardına vurur, zorbalıq edir, haqqını tələb edən vətəndaşı polislə üz-üzə qoymaq istəyir.
Bəli, bu gün Azərbaycana mane olan iqtisadi çətinliklər, maliyyə böhranı və s. deyil. Dövlət başçısının rəhbərliyi ilə həmin problemləri dəf edəcəyik. Amma Razim Məmmədov kimi yerində olmayan məmurların məsuliyyət "devalvasiyası”, düşüncə qısırlığı qaldıqca insanlari sabahkı günün aydinlığına və ölkədə aparılan islahatların perspektivinə inandırmaq çox çətin olacaq.
Hər bir hərəkəti, davranışı, səviyyəsi ilə ümumi inkişafımıza badalaq olan, insanların sabahkı günə işıqlı ümidlərini zülmətə qərq edən, feodal dünyagörüşlü, siyasi şüur və səbatı "prorab” səviyyəsindən yuxarı qalxmamış elementlerdən izalə olmaq.
Heyif, Xətai rayonundan!”.
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir illə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi
Ədliyyə Nazirliyi Fikrət Məmmədovun kadrlarından "təmizlənir" - Nazir Fərid Əhmədov öz komandasını fortmalaşdırır (Yenilənib)
Türkiyədə daha bir mafiya çökəldildi - Lideri həbs olunub
Bu gün Prezident Ərdoğan CHP liderini qəbul edəcək
GƏLƏN AY ÖLKƏDƏ NEÇƏ GÜN RƏSMİ İŞ OLMAYACAQ? - Qərar