11-10-2016 [12:24]
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş konfrans keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə qeyri-hökumət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş film nümayiş edilib.
Bundan sonra "Azərbaycan Respublikasının beynəlxalq siyasəti və təhlükəsizlik məsələləri”, "Azərbaycan Respublikasının iqtisadi inkişafı” və "Müstəqil Azərbaycanın vətəndaş cəmiyyəti” mövzularında məruzələr dinlənilib.
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib ki, Azərbaycan müstəqillik uğrunda çətin yol keçib: "1990-cı illərin əvvəllərində müstəqilliyə əngəl törədəcək xeyli hadisələr baş verib, amma Azərbaycan xalqı bu çətinliyin öhdəsindən gələ bilib. Heydər Əliyevhakimiyyətə gəldikdən sonra ölkə inkişaf etdi, xarici ölkələrlə müqavilələr imzalandı. Onun səyi nəticəsində Azərbaycan dünyaya tanıdıldı. 2003-cü ildə Heydər Əliyevin siyasi kursunun davamçısı İlham Əliyev hakimiyyətə gəldikdən sonra ölkə sürətli inkişaf yoluna qədəm qoydu, islahatlar aparıldı. Artıq Azərbaycan dünyada güclü dövlətə çevrilib. Azərbaycan xalqı, vətəndaş cəmiyyəti Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Bu, sentyabrın 26-da keçirilən ümumxalq səsverməsində də sübuta yetirildi”.
Milli Məclisin deputatı Elman Nəsirov müstəqilliyin ilk illərində baş verən hadisələrdən danışıb:
"Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında əvəzolunmaz rolu var. Heydər Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində xeyli işlər görüb. Bu münaqişənin həlli nə qədər qəlizdir, hər kəsə bəllidir. Hazırda münaqişənin həlli ilə bağlı üç variant mövcuddur. Bunlardan biri beynəlxalq təşkilatların Ermənistana təzyiq etməklə sülhə məcbur etməkdir. İndiki vəziyyətdə ən yaxşı variant budur. Prezident İlham Əliyev bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycana təzyiqlər var. Çünki Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur, Dağlıq Qarabağla bağlı mövqeyimiz açıqdır. Əminəm ki, Dağlıq Qarabağ Azərbaycana qaytarılacaq”.
Tədbirdə digər iştirakçılar da çıxış edərək Azərbaycanın müstəqilliyi ilə bağlı fikirlərini bölüşüblər.
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib
SOYUQ SAVAŞ GERİ DÖNÜR - Çin "Üçüncü Cəbhə”ni yenidən açıb, 15 milyon səfərbər olunub
Azərbaycan – etibarlı tərəfdaş, potensial təhlükə... (TƏHLİL)
Sabunçunun bu ərazilərində işıq olmayacaq
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO