Referendumun yekun nəticələri sabah açıqlanacaq - MSK

img

10-10-2016 [16:05]


Sabah Mərkəzi Seçki Komissiyası (MSK) Konstitusiyada dəyişikliklər edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinə (referenduma) yekun vuracaq.

MSK sabah keçiriləcək iclasında referenduma yekun vuracaq və referendumun nəticələrini rəsmi bildiriş kimi elan edəcək.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən MSK səsvermə günündən başlayaraq 25 gündən gec olmayaraq referenduma yekun vurmalı və referendumun nəticələrini rəsmi bildiriş kimi elan etməlidir.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA