10-10-2016 [13:34]
Gürcüstanda parlament seçkilərində hakim «Gürcü Arzusu» Partiyası qələbə çaldı. Gürcüstan Mərkəzi Seçki Komissiyası səslərin 48.61%-ni «Gürcü Arzusu»nun, 27.04%-ni keçmiş prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının topladığını bildirib.
«Reuters» agentliyinin məlumatına görə, seçki prosesi də, seçkiqabağı kampaniya kimi, çaxnaşmalarla yadda qalıb. Seçki günü bir neçə məntəqədə toqquşma olub. Gürcüstanın qərbində, Cixaşkari kəndində bir dəstə adam seçki məntəqəsini daşa basıb, yerli, həm də xarici müşahidəçilərə hücum edib. (Azadlıq Radiosu)
Bununla belə, beynəlxalq müşahidəçilər Gürcüstanda səsverməni müsbət qiymətləndirir. ATƏT oktyabrın 9-da yaydığı bəyanatda Gürcüstanda seçkinin rəqabətli keçdiyini, fundamental azadlıqlara sayqı göstərildiyini bildirib. Təşkilatın müşahidə missiyasının rəhbəri Ignacio Sanchez deyib ki, «Şahidi olduğumuz yolverilməz hadisələrin təsiri var, amma bu olaylar seçkinin pozitiv xarakterinə xələl gətirməyib». «Bloomberg» agentliyinin yazdığına görə, ATƏT missiyası sonuncu tura nəzarət etmək məqsədilə hələ ki, ölkədə qalacaq.
SƏSLƏRİN 5%-İ
«Reuters»in yazdığına görə, hakimiyyət, yəqin ki, ATƏT-in bəyanatından bayraq kimi istifadə edəcək, parlamentə keçməsə, küçələrə çıxacaqlarını deyən partiyalardan bu bəyanatla qorunacaq.
Seçkinin nəticələrinə təkcə parlamentə keçməyənlər deyil, müxalifətin Vahid Milli Hərəkat Partiyası da etiraz edir. Onlar hakim partiyanın səsləri oğurladığını deyib, MSK-nın qarşısında aksiya keçiriblər. «Seçkinin nəticələrinin asanlıqla qəbul edilməyəcəyi ilə bağlı narahatlıq böyükdür». «Al Jazeera» telekanalının müxbiri Robin Forestier-Valker seçkisonrası aksiyalardan xəbər verərkən belə deyib.
Gürcüstan parlamentinə keçən partiyalardan biri də səslərin 5%-ni toplayan Gürcüstan Vətənpərvərləri Alyansıdır. Tərəfdarlarının sayı az olsa da, Qərbə inteqrasiyaya qarşı çıxan, Moskvaya yaxınlaşmağı təbliğ edən bu ultramillətçi partiyanın parlamentdə yer qazanması Qərbə meylliyi ilə seçilən hakim, eləcə də ən güclü müxalifət partiyası üçün sınaq olacaq. «The Los-Angeles Times» qəzeti Gürcüstanda seçkiylə bağlı məqaləsində belə yazır. Əslində, səslərin çoxunu qazanan hakim «Gürcü Arzusu» Partiyası da Rusiyayla münasibətlərin yaxşılaşdırılmasının tərəfdarıdır. Ancaq bu partiya da öz sələfi kimi, hakimiyyətə gələndən ölkənin NATO-ya, AB-yə qoşulması istiqamətində siyasət aparır.
YA QƏRB, YA RUSİYA
Amma prosesin ləngiməsi, digər tərəfdən «Gürcü Arzusu» Partiyasının iqtisadi islahatlarının zəifliyi, nəticədə xarici sərmayəçilərin geri çəkilməsi, «The Los-Angeles Times»ın yazdığına görə, xalqı narazı salıb. Qəzəbli, məyus elektoratın böyük bir hissəsi Kremlə bağlı ultramillətçilərə tərəf çevrilib. Müəllif bildirir ki, Rusiya onun üçün əhəmiyyətli strateji mövqeyi olan Gürcüstanı geriyə – Moskvanın orbitinə qaytarmağa fürsət axtarır, tez-tez keçmiş Sovet ölkələrinin Qərbdən ötrü əhəmiyyət daşımadıqlarını, ona görə də Moskvaya yaxın dayanmalı olduqlarını deyir.
İndi parlamentdə yer alacaq Gürcüstan Vətənpərvərləri Alyansı liderinin əsas məqsədlərindən biri ölkənin NATO-ya qoşulmasını əngəlləməkdir. «Vətənpərvərlər Alyansının yeni hökumətdə peyda olması ölkə üçün fəlakətdir. Şokdayam».Gürcüstanın NATO-da təmsilçisi Gutsa Gvelesiani belə deyib.
Gürcüstanın yeni parlamenti, əvvəlkindən fərqli olaraq, Qərbin dəstəyinə bel bağlaya bilməz. İndi yeni hökumətin qarşısında dayanan sual hakim «Gürcü Arzusu» və müxalif Vahid Milli Hərəkat partiyalarının narazılıqlara üstün gəlib-gəlməyəcəyi, Putin-in son qazandıqlarının üstündən xətt çəkib-çəkməyəcəyi ilə bağlıdır. «The Los-Angeles Times» belə yazır.
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib
SOYUQ SAVAŞ GERİ DÖNÜR - Çin "Üçüncü Cəbhə”ni yenidən açıb, 15 milyon səfərbər olunub
Azərbaycan – etibarlı tərəfdaş, potensial təhlükə... (TƏHLİL)
Sabunçunun bu ərazilərində işıq olmayacaq
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO