"Gürcüstanda əksər dairələrdə təkrar seçki olacaq" - MSK-dan daha bir açıqlama

img

09-10-2016 [14:48]


"Gürcüstanda təkmandatlı seçki dairələrinin böyük əksəriyyətində ikinci tur keçirləcək".

Mia.az bildirir ki, bu barədə Gürcüstan MSK-sının sədri Tamar Jvaniya açıqlama verib. Onun sözlərinə görə, hələlik bura hansı dairələrin daxil olduğu bəlli deyil.

Jvaniya qeyd edib ki, səslərin hesablanması və nəticələr onu deməyə əsas verir ki, çoxlu sayda seçki dairələrində ikinci tur keçiriləcək.  

MSK artıq seçki məntəqələrinin 63,4 faizində nəticələri hesablayıb. Nəticələrə görə, "Gürcü arzusu” partiyası 49,93 faizlə irəlidədir. İkinci yerdə Milli Hərəkat Partiyasıdır. O səslərin 26,7 faizini toplayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA