Səbail rayonundakı ?Sahil bağı?nda gül bayramı keçirilib

img

05-05-2010 [03:33]


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87 illiyi ilə əlaqədar Səbail rayonunda ənənəvi gül bayramı keçirilib. Bu barədə MİA-ya Səbail rayon icra hakimiyyətindən məlumar verilib. Bu əlamətdar bayramla əlaqədar şəhərin mərkəzindəki ?Sahil bağı?nda lazımi abadlıq işləri aparılmış, bayramın gözəl və yaddaqalan keçməsi üçün Dövlət Neft Şirkəti, rayonun orta məktəbləri və məktəbəqədər təhsil müəssisələri tərəfindən jiddi hazırlıq tədbirləri görülmüşdür. Rayonun orta və orta ixtisas məktəblərinin, Uşaq yaradıjılıq mərkəzinin şagirdləri müxtəlif çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan hazırladıqları rəngarəng tablolar, aplikasiyalar, gül kompozisiyaları öz görünüşü və gözəlliyi ilə seçilmiş, şagirdələrin fantaziyaları və imkanları nümayiş etdirilmiş, bayramda iştirak edən Bakı sakinlərinin və şəhərimizin çoxsaylı qonaqlarının diqqətini jəlb etmişdir. Səbail rayon İjra Hakimiyyətinin Başçısı Asif Əsgərov və qonaqlar rayonun idarə və təşkilatlarının, ijtimai təşkilatlarının, ali, orta və məktəbəqədər təhsil müəssisələrinin, rayon ijtimaiyyəti nümayəndələrinin toplaşdığı ?Sahil bağı?nı gəzmiş, maraqlı gül ekspozisiyaları ilə tanış olmuş, bayramın iştirakçıları ilə səmimi söhbətlər etmişlər. Sonra Bakı şəhər İjra Hakimiyyətinin müsabiqə komissiyasının üzvlərinin iştirakı ilə parkdakı gül kompozisiyaları və əl işlərinə baxış keçirilmiş, əl işləri onlara xoş təsir bağışlamışdır. Gözəl və rəngarənj gül kompozisiyaları, güldən hazırlanmış müxtəlif fiqurlar arasında ümummilli liderimiz Heydər Əliyevlə bağlı kompozisiyalar, Bakı şəhərinin və mərkəzi rayonu olan Səbail rayonun simvolu olan Qız qalasının, Mömünə Xatun türbəsinin, Bakı-Tbilisi-Ceyhan neft kəməri marşrutunun, Bakı şəhərinin gerbinin, Azərbayjanda ilk dəfə Bibiheybət buxtasında mexaniki üsulla qazılmış ilk neft buruğunun güldən hazırlanmış və güllə işlənmiş maketləri, bayram iştirakçılarının diqqətini xüsusilə jəlb etmişdir. Rayonun 7, 50, 91, 132, 162, 189, 190, 236, 239 saylı orta məktəblərinin və Beynəlxalq Təhsil Kompleksinin 136, 130, 157 və 332 saylı uşaq bağçalarının, Uşaq yaradıjılıq mərkəzinin şagirdlərinin nümayiş etdirdikləri gül kömpozisiyaları və şagirdlərin hazırladıqları müxtəlif materiallardan işlənmiş sənət nümunələri iştirakçılarda daha xoş təəssürat yaratmışdır. Təsviri injəsənətlə məşğul olan məktəblilərin asfalt üzərində çəkdiyi şəkilləri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmişdir. İnjəsənət ustaları, bədii özfəaliyyət kollektivləri və məktəblilərin bütün gün ərzində davam edən konsert proqramı tədbiri daha baxımlı və maraqlı etmişdir. Konsertdə tanınmış injəsənət xadimləri ilə bərabər rayonun orta ümumtəhsil və müsiqi məktəblərinin kollektivləri,həmçinin ARDNŞ-nin mədəniyyət saraylarının özfəaliyyət kollektivləri çıxış etmişlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA