08-10-2016 [18:24]
"Oktyabrın 18-də Azərbaycan dövlətinin müstəqilliyinin bərpa olunmasının 25 ili tamam olacaq. Bu dövr ərzində Azərbaycan dövləti xarici siyasət sahəsində böyük və şərəfli inkişaf yolu keçib. Bu yolda Azərbaycan dövləti sosial-iqtisadi sahələrdə də inkişaf edib, müasirləşib".
Bu barədə " Azərbaycan dövlət müstəqilliyinin 25 illik həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması” mövzusunda keçirlən konfransda "Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı danışıb.
![]()
T.Rüstəmxanlı qeyd edib ki, Azərbaycanın müstəqilliyinin 25 illiyi ilə bağlı "Azəri-Türk” Qadınlar Birliyi tərəfindən İstanbulda da elmi konfrans keçiriləcək.
Onun sözlərinə görə, "Savalan” qrupu tərərfindən Şah İsmayıl Xətainin şeirləri səhnələşdiriləcək.
![]()
Bugünkü tədbir də bu tədbirlərin başlağıcı olduğunu bildirən millət vəkili Fəzail İbrahimli isə bildirib ki, 1991-ci ilin 18 oktyabr tarixi hər bir Azərbaycan tarixi üçün qürur mənbəyidir:
![]()
"Azərbaycanın müstəqillik tarixi hər bir azərbaycanlının qəlbində yaşamalıdır və yaşayır. Heç kəsdə belə fikir yaranmamalıdır ki, Azərbaycan xalqı qəfil ayılıb, müstəqillik əldə etdi. 70 il Sovet İmperiyasının əsarətində yaşamağımıza baxmayaraq, milli ruhu qoruyub saxlamaq asan məsələ deyil. Bunu hər millət bacara bilməz. Sovet əsarəti dövründə Azərbaycanda milli ruh Sabir Rüstəmxanlı kimi şairlərin və yazıçıların sayəsində qorunub saxlanıldı”.
Deputat bu gün Azərbaycanda müəyyən daxili problemləri qabardıb, müstəqilliyimizi təhlükə altına atmamağımızı vurğulayıb:
"Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi üçün yaranan təhlükə bu gün də qalır. Azərbaycanın müstəqilliyinə qarşı hər an təhlükə yarana bilər. Azərbaycan xalqı şəhid verərək müstəqilliyini bərpa edib. Ona görə də o qara günləri yaddan çıxartmaq lazım deyil”.
Qeyd edək ki, Azəri-Türk Qadınlar Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 25 illiyi ilə əlaqədar "Azərbaycanın dövlət müstəqilliyinin 25 illik həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması” adlı tədbir planı hazırlayıb.
Tədbirlərin keçirilməsində məqsəd 25 illiyini qeyd edəcəyimiz Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. Belə ki, bu il Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyi tamam olur.
Bu dövr ərzində Azərbaycan dövləti xarici siyasət sahəsində böyük və şərəfli bir yol keçib. Əzəmətli və tarixi olan bu yolda Azərbaycan sosial-iqtisadi cəhətdən inkişaf edib, müasirləşib, beynəlxalq tədbirlərin ünvanı olub. Əlbəttə ki, müstəqillik dövrü problemlərsiz də ötüşmədi.
Müstəqillik uğrunda mübarizənin dərin tarixi kökləri vardır. Dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümü qeyd edildiyi bu günlərdə keçmiş tarixə nəzər salmaq, keçmişdə qazandıqlarımızı itirməmək, onları daha da inkişaf etdirmək, gələcək nəsillərə təhvil vermək, tariximizi bilmək hər birimizin ümdə borcudur. Bununla yanaşı, bütün bu tarixi və faktiki məlumatları da təbliğ etmək və yaymaq lazımdır ki tariximizi digər millətlər bilsin və bizləri, bizim keçmişimizi tanısınlar.
Layihənin əsas prioriteti Azərbaycanın 25 ildə keçdiyi yolda qarşılaşdığı mürəkkəb ictimai-siyasi proseslər və çətinliklərdən gənc dövlət olaraq, şərəflə, alnıaçıq çıxmasının, 25 ildə əldə etdiyi böyük uğurlar və inkişafın, eyni zamanda bu gün ərazi bütövlüyü ilə bağlı yaşadığı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. Dövlətimiz bu gün özünün inkişaf strategiyasının istiqamətlərini müəyyən edən bir ölkədir. Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Azərbaycanın enerji təhlükəsizliyi təmin olunmuşdur. Yeni infrastruktur formalaşır, beynəlxalq aeroportlar istismara verilir, minlərlə kilometr yol və müasir körpülər salınır
. Azərbaycanda ordu quruculuğu uğurla aparılır, Silahlı Qüvvələrimizin peşəkar hazırlıq səviyyəsi, maddi-texniki bazası möhkəmləndirilir. Ölkəmizdə müdafiə sənayesi inkişaf etdirilir, ilk süni peykimizlə bağlı layihə həyata keçirilir. Azərbaycan tam müstəqil ölkədir. Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi ölkəmizin və vətəndaşlarımızın həyatında böyük əhəmiyyətli ictimai-siyasi və tarixi hadisədir.
Ölkəmizdə aparılan siyasət xalqının maraqlarına xidmət edir. Son hadisələr də göstərdi ki, beynəlxalq ictimaiyyət hələ Azərbaycan həqiqətləri haqqında tam məlumatlı deyil və bu da ermənilərin informasiya mübadiləsində Azərbaycandan üstün olduğunun göstəricisidir.
Hazırda erməni təbliğatı nəticəsində dünyanın bir çox ölkələri ermənilərin yalan və uydurmalarını həqiqət kimi qəbul ediblər və hətta bir çox dövlətlər tərəfindən rəsmi qaydada "erməni soyqırımı” tanınıb. Bu yalançı təbliğat vasitəsilə yaranmış yanlış təsəvvürü doğru istiqamətə dəyişmək üçün cəmiyyətimizin, xüsusilə QHT-lərin məqsədyönlü fəaliyyətinə böyük ehtiyac vardır.
Missiyamız layihə vasitəsilə Azərbaycanın 25 illik həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, eyni zamanda ermənilərin "erməni soyqırımı” və Dağlıq Qarabağ haqqındakı yalan və uydurmalarının təbliğatının qarşısını 25 illik müstəqillik dövrümüzün tarixi və dəqiq faktları ilə almaqdır.
Bütün bunları nəzərə alaraq, Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş sözügedən layihə vasitəsilə Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olduğunu, Xocalı soyqırımı dəhşətlərini beynəlxalq ictimaiyyətə tanıtmaq üçün tədbirlər keçiriləcək. Layihə çərçivəsində təbliğat xarakterli görüş və tədbirlərin keçirilməsi, həqiqəti əks etdirən informasiyanın yayılması bu problemi dünya ictimaiyyətinə çatdırmağın formalarından biri kimi icra ediləcək.
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib
SOYUQ SAVAŞ GERİ DÖNÜR - Çin "Üçüncü Cəbhə”ni yenidən açıb, 15 milyon səfərbər olunub
Azərbaycan – etibarlı tərəfdaş, potensial təhlükə... (TƏHLİL)
Sabunçunun bu ərazilərində işıq olmayacaq
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO