"Böyük dövlətlər bizi böyük müharibəyə sürükləyirlər" - Politoloqdan xəbərdarlıq

img

08-10-2016 [12:39]


"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu prezident İlham Əliyevin ötən gün Nazirlər Kabinetinin iclasında çıxışı zamanı toxunduğu bəzi məqamlara növbəti şərhini verib.

Mia.az xəbər verir ki, politoloq deyib ki, Prezident Ilham Əliyev Nazirlər Kabinetinin son toplantısında dediyi "qapalı görüşlərdə bizi Qarabağı tanımağa məcbur etmək istəyirlər” fikri o demək deyil ki, həmsədrlər sözün həqiqi mənasında tələbi məhz bu şəkildə qoyurlar:

"Böyük ehtimalla tələb bu şəkildə səsləndirilir ki, "Siz Dağlıq Qarabağda referenduma razılaşmalısınız ki, bunun müqabilində torpaqlarınız azad olunsun”. Ancaq elə bunun özünün də prezidentin dediyi kimi "müstəqilliyin” tanınması tələbindən fərqi yoxdur.Çünki referendumun nəticəsi əvvəlcədən bəllidir.

Azərbaycan cəmiyyətinin bir hissəsində aprel döyüşlərindən sonra böyük dövlətlərin Ermənistan hakimiyyətinə təzyiq edəcəyi ümidi var idi.

Ancaq Azərbaycan dövlət başçısının son açıqlaması bu ümidlərin özünü doğrultmadığına işarə idi. Əskinə, təzyiq bizə var imiş. İndi Ermənistan prezidenti də rahat şəkildə cəmiyyətinə deyəcək ki, "gördüz bizə heç bir təzyiq yoxdur, bunu rəsmi Bakı da etiraf edir”.

Ermənistana təzyiq yoxdursa, bununla böyük dövlətlər Cənubi Qafqazı böyük müharibəyə sürükləyirlər. Bizə başqa alternativ qoymurlar".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA