Milli Məclisin mayın 7-də keçiriləcək iclası təxirə salınıb, iclas mayın 11-də keçiriləcək

img

05-05-2010 [02:51]


Milli Məclisin mayın 7-də keçirilməli olan növbəti iclası təxirə salınıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə deputatlardan biri məlumat verib. Belə ki, iclasın başqa vaxta keçirilməsinə səbəb bu ərəfədə rəsmi tədbirlərin, eləcə də Gül bayramına hazırlıq işlərinin çox olmasıdır. Onun sözlərinə görə, mayın 9-da keçiriləcək tədbirlərin ayın 7-də keçirilməsi planlaşdırılıb. Bu səbəbdən də Milli Məclisin iclası təxirə salınıb: "Bildiyiniz kimi, bir sıra tədbirlər keçiriləcək. Şəhidlər Xiyabanının, Həzi Aslanovun abidəsinin ziyarət edilməsi kimi tədbir nəzərdə tutulub". Deputat onu da bildirib ki, Milli Məclisin planlaşdırılan iclası mayın 11-də keçiriləcək. İclasın gündəliyinə bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi məsələsi daxildir. Bundan başqa, iclasda pambıqçılıqla bağlı qanun lahiyəsi ikinci oxunuşda, QİÇS-ə qarşı mübarizəyə dair qanun layihəsi isə 3-cü oxunuşda müzakirə olunacaq. İclasda şəxsiyyət vəsiqələrinin üzərinə etibarlılıq müddətinin göstərilməsi məsələsinə də baxılacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA