Müsavat Gənclər Təzkilatının sədri və təcridxanada saxlanılan gənclərlə görüzə icazə verilmir

img

05-05-2010 [01:57]


Azərbaycan Dövlət Neft Akademiyasındakı hadisələrin ildönümü ilə bağlı aksiyada iştirak etmək istədiklərinə görə, aprelin 29 və 30-da barələrində 10 günlük həbs qərarı kəsilən gənclərə yaxınları ilə görüş verilmir. Bu barədə AzadlıqRadiosuna Binəqədidəki müvəqqəti saxlanma təcridxanasında saxlanılan Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslının anası Başxanım Abbasova məlumat verib. B.Abbasova deyib ki, o, üç dəfə oğlunun saxlandığı təcridxanaya getsə də heç birində görüşə icazə verilməyib. Hazırda Binəqədidəki müvəqqəti saxlanma təcridxanasında bir necə gənc saxlanılır. Onlardan ikisi Müsavat, ikisi də ADP Gənclər Təşkilatlarının üzvləridir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA