"Bu il Qarabağ münaqişəsi həll oluna bilərdi" - Sergey Markov

img

07-10-2016 [12:08]


"Müstəqillik əldə etdikdən sonra Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri dövlətçiliyin gücləndirilməsi üçün güclü ordunun yaradılması idi və Azərbaycan bu vəzifənin öhdəsindən layiqincə gəlib”.

Bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib. 

Onun sözlərinə görə, Azərbaycan güclü ordu yaradıb və aprel döyüşlərində də bu, özünü göstərdi: "Azərbaycanın üzləşdiyi əsas problem Qarabağ münaqişəsidir. Bu il Kazan formulu əsasında Qarabağ münaqişəsinin həllində böyük irəliləyiş əldə oluna bilərdi. Torpaqların bir qisminin qaytarılması müqabilində Ermənistanın blokadası aradan qaldırıla bilərdi. Təəssüf ki, bu, mümkün olmadı”.

Rusiyalı ekspert həmçinin əlavə edib ki, Azərbaycan hazırda İslam dünyasının lideridir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA