"Biz bunun dəyişəcəyini gözləmirik” - ATƏT-in Minsk qrupu həmsədrləri yenə gəlir

img

06-10-2016 [17:23]


ATƏT-in Minsk qrupu həmsədrləri bu ayın sonu regiona səfər edəcəklər.

Bu barədə APA-ya açıqlamasında Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

O səfərin dəqiq tarixinin hələlik məlum olmadığını deyib. Amerikalı həmsədr səfər zamanı ölkə prezidentləri ilə görüşəcəklərinə ümid etdiklərini bildirib.

C.Uorlik həmçinin Fransanın növbəti sammiti keçirməklə bağlı təklifini alqışladığını bildirib: "Fransa, Rusiya və ABŞ ATƏT-in Minsk qrupu həmsədr ölkələri olaraq davamlı sülhə gətirib çıxara biləcək vasitəçilik səylərini davam etdirmək üçün birlikdə sıx işləyirlər”.

Diplomat Ermənistanda gələn il keçiriləcək parlament seçkiləri öncəsi danışıqlarda fasilə yarana biləcəyi ehtimalına da cavab verib: "Mənim Ermənistandakı seçkilər barədə şərh vermək səlahiyyətim yoxdur. Lakin tərəflər sülh yolu ilə həllə sadiqdirlər və biz bunun dəyişəcəyini gözləmirik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA