Röya Nadir Əzimovla mübarizəni davam etdirmək istəyir

img

04-05-2010 [12:41]


Müğənni Röya bəstəkar Nadir Əzimovla olan məhkəməni davam etdirmək niyyətindədir. Bir neçə gün öncə məhkəməyə gələn və proses zamanı Nadir Əzimovla barışan Röyanın fikrini dəyişməsinə səbəb bəstəkarın vəkillərinin açıqlaması olub. Bu barədə müğənni özü Lent.az-a məlumat verib: ?Mən məhkəməyə getmirdim. Lakin eşitdim ki, hakim qadındır. Onu biləndən sonra dedim yaxşı deyil, o qadındır, mən də qadınam. Getdim...? Müğənni peşmançılıq hiss etdiyi üçün barışığa qərar verdiyini deyib: ?Gəldilər, danışanda həyat yoldaşının gözləri doldu, özümü piss hiss elədim. Durdum, boyunlarını qucaqladım, üzlərindən öpdüm, dedim ki, olub-keçib... Çıxanda dedilər ki, ayın 12-si məhkəmədir. Dedim ki, istəyirəm ki, barışığın üstü bağlı qalsın. Bunu maraqlı şəkildə ifadə edək. Maqazin telejurnalistlərini, digər jurnalistləri də çağıraq, hamının gözü önündə anlaşılmazlıq olduğunu bildirək?. Sonradan Röya qərarını dəyişib: ?Vəkilləri bizim qoyduğumuz şərtləri pozdular. Səhər tezdən hər yana yaydılar ki, səhvini başa düşüb, üzr istəyib, barışdılar. Mən səhər vəkilimə zəng vurub dedim məhkəmə davam eləsin. Barışmıram!?

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA