Rusiya baş nazirinin müavinindən Azərbaycanla bağlı - Açıqlama

img

29-09-2016 [11:17]


"Azərbaycan və Rusiya prezidentlərinə təşəkkür edirəm. Azərbaycan və Rusiya arasında 90-dan artıq sənəd imzalanıb. İki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Bu münasibətlərin yüksək səviyyədə olmasında şəxsi əlaqələr də böyük rol oynayır”.

Bunu V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində çıxış edən Rusiya baş nazirinin müavini Olqa Qolodets deyib. O bildirib ki, Azərbaycan və Rusiya rəsmiləri arasında şəxsi əlaqələr yüksək səviyyədədir:

 "Biz bu münasibətləri gənc nəslə ötürməliyik. Xalqlarımız arasında qarşılıqlı anlaşma üçün bu, vacibdir. Dünyada insanların, xalqların mehriban yaşaması, elm və mədəniyyətin inkişafı üçün belə müzakirələr vacibdir. Mən Azərbaycana çiçəklənmə arzulayıram”. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA