"“İskəndər”lərə gəlincə, bu, aprel döyüşlərində..." - Erməni baş redaktordan savaş xəbərdarlığı

img

28-09-2016 [22:07]


Ermənistana "İskəndər”lərin verilməsindən sonra Qarabağ məsələsinin tənzimlənməsi ətrafında vəziyyət yenidən kəskinləşib.

Ermənistan hakimiyyəti bəyan edib ki, bu Azərbaycanın son illərdəki silahlanmasına qarşı intiqamdır. 

Öz növbəsində, Azərbaycan Ermənistanı gərginliyin artırılmasında suçlayaraq, qabaqlayıcı tədbirlərin görülməsinin mümkünlüyünü bildirir.

Regionda yeni təhlükəli vəziyyəti virtualaz.org saytının müxbirinə "Armİnfo” informasiya agentliyinin baş direktoru Emmanuil Mkrtçyan şərh edib.

Onun fikrincə, silahlanma hələ heç kimə xeyir gətirməyib.

"İskəndər”lərə gəlincə, bu, aprel döyüşlərində Azərbaycanın Rusiya və İsrail istehsalı son silah növlərindən istifadəsinə cavabdır. Son illər ərzində Bakı silahlanmaya 5 milyard dollar xərcləyib. Sizcə, Ermənistan özünü müdafiə etməməlidir?” – E.Mkrtçyan bildirib.

"Sülhün əldə edilməsi Qarabağ xalqı üçün əsaslı və möhkəm zəmanətin mövcud olacağı təqdirdə mümkündür. Təhlükəsizliyi isə yalnız bunu təqdim edə biləcək böyük dövlətlər təmin edə bilər”, - "Armİnfo”nun baş direktoru münaqişənin həlli yollarından danışarkən bildirib.

Virtualaz.org-un əməkdaşının "Müharibənin yenidən başlamasını real hesab edirsinizmi?” sualına erməni jurnalist "Təəssüf ki, bəli. Qarabağda müharibənin yenidən alovlanması mümkündür” cavabını verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA