Mətbuat Şurası Beynəlxalq Mətbuat Azadlığı Gününü qeyd edib

img

03-05-2010 [05:55]


Bu gün Mətbuat Şurasının ?Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası? ilə birgə təşkil etdiyi 3 may Beynəlxalq Mətbuat Azadlığı Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə ?Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan? layihəsi təqdim edilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə. tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov ümumdünya söz azadlığı gününün tarixi barədə məlumat verib. Əflatun Amaşov qeyd edib ki, Azərbaycan mətbuatı dünya mətbuatının bir parçası kimi uğurla inkişaf edir: ?Ölkədə söz və mətbuat azadlığının təmin oluması üçün ciddi addımlar atlır. Hazırda jurnalistikanın uğurlu inkişafı ilə bağlı layihə həyata keçirilir. Bu layihə ölkə mediasının dünya standartlarına uyğunlaşdırılması yönündə ?Yol xəritəsi? mahiyyəti daşıyır: ?Beynəlxalq Jurnalistlər Federasiyası və ?Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası?nın birgə layihəsində əsas donor qismində Avropa Komissiyası çıxış edir?. Sonra Ə.Amaşov Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Bülənt Uğurun missiyasının başa çatması və təqdirə layiq fəaliyyəti üçün minnətdarlıq bildirib. Milli Televiziya və Radio Şuasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, bu gün ölkədə KİV-in problemi daha çox peşəkarlıqla bağlıdır: ?Peşəkarlığın təmin olunması bir sıra çatışmazlıqları aradan qaldıra bilər. Son illər dövlətin dəstəyi ilə həyata keçirilən bir sıra layihələr mətbuatın inkişafına böyük dəstək olub?. ?Etik Jurnalistika Təşşəbüsləri-Azərbaycan? layihəsinin koordinatoru Müşfiq Ələsgərli çıxış edib. M.Ələsgərli çıxış edərək layihənin məqsədi və vəzifələri barədə məlumat verib. Rəhilə MANAFOVA

Digər xəbərlər
SON XƏBƏRLƏR