Azər Həsrət ?Qarabağ qaziləri? ictimai Birliyinin üzvləri ilə görüzüb

img

26-04-2010 [03:48]


Yeddi Dövlət ? Bir Millət Kültür və Dayanışma Dərnəyi Türk Cümhuriyyətləri baş təmsilçisi və Yeddi Dövlət ? Bir Millət Konseyi başqanı Azər Həsrət ?Qarabağ qaziləri? İctimai Birliyində olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, o, təşkilatın sədri Etimad Əsədov və sədr müavini Firudin Məmmədovla görüşüb. Görüşdə Türk Dünyasının sorunları elə alındı, Doğu Türküstandan Balkanlara, Güney Azərbaycandan Tatarıstan və Krıma qədər bütün Türk xalqlarının problemlərindən danışıb. ?Qarabağ qaziləri? İctimai Birliyinin başqa üzvlərinin də qatıldığı görüşdə Konsey başqanı Azər Həsrət Türk dövlət və xalqları ilə bağlı təmsilçisi olduğu dərnəyin görüşlərini dilə gətirib. Geniş söhbətin yer aldığı ziyarətdə Güney Azərbaycan Türklərinin dil və məktəblə bağlı problemləri, Tatarıstan və Başqırdıstan arasında Rusiya idarəçiliyinin ortaya çıxarmağa çalışdığı qarğaşa, Doğu Türküstandakı Çin zülmü, Batı Trakya, Balkanlar və Bolqarıstan Türklərinin üzləşdiyi ayrı-seçkilik, Krım Türklərinin basqı altında olması, Gagauzlar və Güney Türküstan Türklərinin məsələsi müzakirə edilib. Azər Həsrət Yeddi Dövlət ? Bir Millət Kültür və Dayanışma Dərnəyinin ən qısa zaman içində ilk addım olaraq Bağımsız Türk Dövlətləri Birliyinin qurulması üçün vətəndaş təşəbbüsündə bulunduğunu, bu məqsədlə gerçəkləşdirdiyi bütün görüşlərdə həmişə uğurlu alındığını söyləyib. Belə bir düşüncənin Azərbaycanda qəti olaraq yer almasından sevincli olduğunu da dilə gətirən Konsey başqanı Qarabağ qaziləriylə görüşməsinin müsbət nəticələri olacağına heç şübhə etmədiyini qeyd edib. Qarabağ qazilərinin başqanı Etimad Əsədov özünün və təşkilatının hər zaman Türk Birliyi tərəfdarı olduğunu, bu yöndə üzərlərinə düşən vəzifəni ən yaxşı bir şəkildə yerinə yetirməyə hazır olduqlarını söyləyib. Türk dövlət və xalqlarının güvəncəsi olaraq Bağımsız Türk Dövlətləri Birliyinin qurulmasının qaçılmaz olduğunu vurğulayan Etimad Əsədov Qırgızıstandakı son olaylara da toxunaraq belə bir birlik var olsaydı bu qədər acı olayların yaşanmayacağını dilə gətirib. ?Qarabağ Qaziləri? İctimai Birliyinin sədr müavini Firudin Məmmədov da öz sırasında həmişə Türk birliyi mövzusunda müzakirələr apardıqlarını, Azərbaycanın da içində yer alacağı belə bir birliyin ən qısa zamanda qurula bilməsi üçün gərək olan hər şeyi etməyə hazır olduqlarını söyləyib. ?Biz böyük Türk Dünyasının bir parçasıyıq və digər Türk qardaşlarımızla mütləq bir birlik içində olmalıyıq? deyən Firudin Məmmədov təşkilatın Azərbaycanın yetmişdən çox bölgəsindəki ofislərinə yeddi Türk bayrağı asma təlimatı verəcəklərini söylədi. İki saatdan çox davam edən görüş sonucunda tərəflər təmasların davam etdirilməsi qərarı aldılar.

Digər xəbərlər
SON XƏBƏRLƏR