"Atəşkəsə riayət edilməsi üçün..." - Uorlikdən mühüm Qarabağ açıqlaması

img

27-09-2016 [17:37]


"ATƏT-in Minsk qrupunun həmsədrləri atəşkəsə riayət edilməsi üçün tərəflərlə fəal iş aparırlar”.

Bunu ATƏT Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bəyan edib. O bildirib ki, hərbi əməliyyatların azaldılması danışıqları mümkün edir. Həmsədrin sözlərinə görə, tərəflər Vyana və Sankt-Peterburq razılaşmalarının reallaşdırılması, həmçinin ATƏT missiyasının genişləndirilməsi istiqamətində birgə fəaliyyət göstərməlidir: "Nyu-Yorkda Edvard Nalbandyan və Elmar Məmmədyarovla nizamlanmaya gətirə biləcək danışıqların davamı üçün atmosferi yaradacaq gələcək addımları müzakirə etdik”.

Uorlik həmsədrlərin yaxın vaxtlarda regiona səfər edəcəyini bildirib: "Həmsədrlər tərəfləri danışıqlar prosesinə mənfi təsir göstərə biləcək addımlardan uzaq durmağa çağırırlar”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA