Eldar Sabiroğlu Elçibəylə belə mübahisə edib - Tarixi FOTO

img

27-09-2016 [13:06]


Son günlər mərhum prezidentlər Heydər Əliyevlə Əbülfəz Elçibəy arasındakı məhkəmə prosesində Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun H.Əliyevin ictimai müdafiəçisi kimi iştirakı məsələsi mübahisə mövzusuna çevirilib.

YAP icra katibinin müavini Siyavuş Novruzov E.Sabiroğlunun məhkəmədə H.Əliyevin vəkili olaraq iştirak etmədiyini bildirib.

Hüquqşünas Osman Kazımov isə E.Sabiroğlunun məlum məhkəmə prosesində H.Əliyevin nümayəndəsi qismində iştirak etdiyi bildirib.

Turkustan.info-nun təqdim etdiyi bu tarixi fotoşəkildə Eldar Sabiroğlunun Əbülfəz Elçibəyin məhkəməsində iştirak etdiyi, hətta Elçibəyin qolundan çəkərək onunla gərgin mübahisə durumunda olduğu anlaşılır.

Lakin, E.Sabiroğlunun məhkəmədə hansı statusla iştirak etməsi başqa bir araşdırma mövzusudur.

14501867_599293173575187_1189873030_n


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA