“Referendum beynəlxalq standartlara uyğun keçirilib” - TürkPA missiyası

img

27-09-2016 [11:10]


Bu gün sentyabrın 26-da Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsini (referendum) müşahidə edən Türkdillli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Müşahidə Missiyası mətbuat konfransı keçirib.

Mia.az-ın məlumatına görə, TürkPA-nın baş katibi Jandos Asanov deyib ki, TürkPA Azərbaycanda dördüncü dəfədir, səsvermə prosesini izləyir. 
Müşahidə Missiyasının üzvü Haluk İpək missiyanın hesabatını təqdim edib. H. İpək referendumun yüksək səviyyədə təşkil olunduğunu, səsvermənin nəticələrinin xalqın iradəsini əks etdirdiyini bildirib: "Referendumun nəticələrinə təsir edəcək hər hansı pozuntu müşahidə olunmayıb. Bəzi texniki çatışmazlıqlar qeydə alınıb, bu da referendumun nəticələrinə təsir etməyib. Referendum beynəlxalq standartlara uyğun keçirilib”.

Qeyd edək ki, Müşahidə missiyasının tərkibində Qazaxıstan, Türkmənistan, Türkiyə, Qırğızıstan millət vəkilləri daxildir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA