?Bakı küləyi? adlı rok konsert baz tutdu

img

03-05-2010 [02:02]


Ötən gün - may ayının 2-də Bakı şəhərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ), ?Bizim Gənclik? İctimai Birliyi və ?Bakı küləyi? şirkətinin birgə təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ?Bakı küləyi? adlı rok konsert həyata keçirilib keçirilib. ?Milan?, ?Meridian? və ?Milk&Kisses? rok qruplarının iştirakı ilə keçirilən konsert proqramı gənclərin gözlənildiyindən artıq marağına səbəb olub. Konsertin açılışında çıxış edən Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov rok musiqisinin Azərbaycanda çoxsaylı pərəstişkarının olmasından məmnunluğunu dilə gətirib. Millət vəkili sözü gedən konsertin 28 may Respublika gününə həsr olunduğunu qeyd edərək ölkəmizin keçdiyi şərəfli müstəqillik yolu haqqında gənclərə ətraflı məlumat verdi və milli rokun inkişafına yönəlmiş bu cür konsertlərin bundan sonra da mütəmadi təşkil ediləcəyini söylədi. Daha sonra ARGTMŞ ? ın mədəniyyət məsələləri üzrə katibi, ?Bakı küləyi? şirkətinin sədri, Babək Əliyev çıxış edərək bu konsertlərin ənənəvi hal alacağını diqqətə çatdırdı və yaxın vaxtlarda Azərbaycanda beynəlxalq rok festivalının keçiriləcəyini bəyan etdi. Səhnəyə ilk olaraq ?Milan? qrupu çıxdı. Qrup xalq mahnılarının rok versiyasını Azərbaycan dilində səsləndirdi. ?Milan? bir saatlıq çıxışında tanınmış ifaçı James Bluntun repertuarındakı ?You?re beautiful? mahnısını özünəməxsus ifa edib. Növbəti qrup - ?Meridian? qrupu da ifa etdiyi mahnılarla gənclərin çoşğunluğuna və surəkli alqışlarına səbəb oldu. Qısa zaman ərzində çoxsaylı pərəstişkarlar qazanan ?Milk&Kisses? qrupu isə səhnəyə çıxan sonuncu qrup oldu. Qrup üzvləri Fəridə Nelson və Dilarə Kazımova çıxışlarına Pinkin ?So what? mahnısı ilə başladılar. Bir saatlıq çıxışına ən maraqlı mahnıları daxil edən qrup, tamaşaçıların sürəkli alqışları ilə qarşılandı. Bir saatı başa vurduqdan sonra səhnəni tərk edək ?Milk&Kisses? tamaşaçıların istəyi ilə yenidən səhnəyə qayıdıb və Azərbaycanın ?Eurovision-2010? müsabiqəsindəki milli seçiminin final konserti üçün hazırladığı ?İ am on fire? mahnısını ifa etdi. Ayaq üstdə keçirilən proqramda tamaşaçıların rok musiqisi altında maraqlı rəqsləri, bir çox mahnıları qruplarla birgə ifa etmələri, istədikləri vaxt yerdə əyləşmələri maraqla qarşılandı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA