"Bu islahatlar imkan verəcək ki,..." - Əli Əhmədovdan cəmiyyətə mesaj

img

26-09-2016 [21:52]


"Referendumdan sonra aparılacaq islahatlar, əsasən, iqtisadi sahəni əhatə edəcək. İslahatların istisadiyyatın bütün sahələrini əhatə etməsi nəzərdə tutulur".

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi-sədr müavini, baş nazirin müavini Əli Əhmədov bu gün keçirilən ümumxalq səsverməsi (referendum) ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, islahatlar sosial sahələri də geniş əhatə edəcək: "Bu islahatlar imkan verəcək ki, biz  Azərbaycan vətəndaşları üçün qarşımıza qoyduğumuz bütün sosial proqramları həyata keçirə bilək". (APA)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA