Heydər Əliyev hava limanına dəmir yolu xətti çəkiləcək

img

26-09-2016 [16:54]


Bakı Dəmir Yolu Vağzalından Heydər Əliyev Beynəlxalq Hava Limanına dəmir yolu xəttinin çəkilməsi layihəsi üzərində iş gedir".

Mia.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib. "Bu layihənin işlənib-hazırlanması ilə bağlı tapşırıq verilib. Hazırda layihə üzərində iş gedir", - deyə o, əlavə edib.

Xatırladaq ki, Bakı Dəmiryolu Vağzalı ilə aeroportu birləşdirəcək dəmir yolu xəttinin uzunluğunun 25 km olması nəzərdə tutulub. İlkin plana əsasən, elektrik qatarları yeni marşrut üzrə Bakı Metropoliteninin "Koroğlu" stansiyası ərazisindəki stansiya vasitəsilə Binə qəsəbəsi istiqamətində hava limanına qədər hərəkət edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA