Azərbaycanda referendum təşviqatı sabah başa çatır

img

24-09-2016 [11:55]


Azərbaycanda referendumqabağı təşviqatın müddəti sabah - sentyabrın 25-i başa çatır. 

  

Mia.az-ın xəbərinə görə, təşviqatı referendum üzrə qeydə alınmış təşviqat qrupları apara bilər.  

 

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, təşviqat səsvermə gününə 23 gün qalmış - sentyabrın 3-də başlanmalı və səsvermənin başlanmasına 24 saat qalanadək - sentyabrın 25-i saat 8.00-da dayandırılmalıdır.   


Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası üç təşviqat qrupunu qeydə alıb. Bunlar "Yeni Azərbaycan", "Bələdiyyə" və Vətəndaş Cəmiyyəti" təşviqat qruplarıdır.  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA