Təhsil naziri kadr dəyişikliyi etdi – Təyinat

img

24-09-2016 [11:49]


Təhsil Nazirliyində kadr dəyişikliyi olub. Təhsil Nazirliyindən verilən məlumata görə, nazirliyin İctimaiyyətlə Əlaqələr sektorunun əməkdaşı Bəşarət Məmmədova yeni vəzifə verilib.

O, Bakı Şəhər Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri vəzifəsinə təyin olunub.

Təyinat təhsil naziri Mikayıl Cabbarovun imzaladığı müvafiq əmrlə baş tutub.

Əmrə əsasən, Bakı şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Arzu Tarquliyeva səhhəti ilə əlaqədar məzuniyyətə göndərilib.

Bəşarət Məmmədovun yeni vəzifəsinin icrasına gələn həftənin ikinci günü - 27 sentyabrdan başlayacağı gözlənilir. (Modern.az)



Digər xəbərlər
SON XƏBƏRLƏR