ALP hakimiyyətdən gənclərə qarzı repressiv siyasətə son qoyulmasını tələb edir

img

01-05-2010 [08:41]


Azərbaycan Liberal Partiyası (ALP) ADNA-da terror aktının bir illiyinə həsr olunmuş cənclərin anım tədbirinin polis tərəfindən amansızcasına dağıdılmasını, onlarla gəncin saxlanılmasını, 10-dan çox gəncin inzibati həbs cəzasına məhkum edilməsini pisləyən bəyanat verib. Müstəqil İnformasiya Agentlinə daxil olan bəyanatda qeyd olunur ki, partiya bunu Azərbaycan gəncliyinə qarşı həqarət hesab edir. ALP gənclərə qarşı repressiv siyasətə son qoyulmasını, həbs edilənlərin dərhal azad olunmasını, Azərbaycan vətəndaşlarının, o cümlədən gənclərin sərbəst toplaşmaq azadlığının təmin olunmasını hakimiyyətdən tələb edir. ALP Azərbaycan və demokratik beynəlxalq ictimaiyyəti hakimiyyətə təsir etməyi və vətəndaşların konstitusion hüquqularının təminatına nail olmağa çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA