Deputat olmaq istəyən azərbaycanlı canlı efirdə döyüldü - Video

img

23-09-2016 [10:58]


Gürcüstanda deputatlığa namizədlər canlı efirdə dava salıblar.

Dava siyasətçilərin teledebatında baş verib. Belə ki, mübahisə zamanı namizədlərdən biri digərinə qələm atıb. Cavab olaraq isə həmin şəxs rəqibinə hücum edib.

Dalaşanları ayımaq üçün kanal əməkdaşları müdaxilə etmək məcburiyyətində qalıblar.

Dava "Demokratik hərəkat”ın nümayəndəsi Vepxiya Qurqenişvili və "Topadze-Sənayeçilər, Bizim Vətənimiz” blokunun üzvü, milliyyətcə azərbaycanlı olan Polad Xəlilov arasında düşüb.

Məlumat üçün bildirək ki, Gürcüstanda parlament oktyabrın 8-də keçiriləcək.

aznews.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA