Həmsədrlər yenidən Azərbaycan və Ermənistana səfər edəcək - Bəyanat

img

22-09-2016 [23:48]


ATƏT Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşlərinin yekunlarına dair bəyanat yayıblar.

Bəyanatda deyilir: "ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriyu (Fransa) və ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Dağlıq Qarabağ münqaişəsinin həllinə dair danışıqlar aparmaq üçün Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə ayrı-ayrılıqda görüş keçirib.

Görüş zamanı biz Vyana və Sankt-Peterburq Sammitlərində qəbul olunmuş qərarların icrasına xüsusi önəm verdik. Xüsusilə də münaqişənin həllinə yönələn danışıqlar üçün münbit atmosfer yaratmaq üçün gələcək addımları müzakirə etdik.

Biz yaxın gələcəkdə regiona səfər etməyi planlaşdırırıq".

APA.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA