"Azərbaycan bu dəfə Ermənistanı da vuracaq" - Zakir Həsənovun xəbərdarlığına reaksiya

img

22-09-2016 [12:21]


Ermənistanın Rusiya istehsalı olan "İsgəndər” raketlərinə malik olması xəbərinin yayılmasına reaksiya Azərbaycan XİN-dən deyil, Müdafiə Nazirliyindən gəldi.

Belə ki, nazir Zakir Həsənovun sentyabrın 21-də prezidentin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbər heyətinin iştirakı ilə müşavirədə əsas cümləsi bu oldu:"Azərbaycan üçün yarana biləcək istənilən hərbi təhdid ehtimalını nəzərə alaraq düşmənin bütün ərazisindəki strateji və hərbi təyinatlı obyektlərə nəzarətin gücləndirilməsi, zərurət yaranarsa onların əhəmiyyətinə görə dərhal məhv edilməsinə hazır olmalıyıq”.

Mia.az xəbər verir ki, Müdafiə naziri Zakir Həsənovun açıq tonda bu xəbərdarlığını şərh edən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, xəbərdarlıqda konkret Dağlıq Qarabağ və işğal olunmuş ərazilərdən söhbət getmir, "düşmənin bütün ərazisi” fikri işlədilir:

Elxan ŞAHİNOĞLU

"Yəni, bu, o deməkdir ki, cəbhə bölgəsində gələcək toquşmada Ermənistan "İsgəndər” raketlərindən istifadə etsə, Azərbaycan ordusu bu dəfə Ermənistan ərazisini də vuracaq və bu zaman rəsmi Bakı İrəvanın istinad etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının "ortaq müdafiə” prinsipinə məhəl qoymayacaq.

Həm Zakir Həsənovun açıqlaması, həm də eyni gündə İlham Əliyevin Azərbaycan hərbi-sənaye kompleksinin istehsalı olan "Zərbə” pilotsuz uçuş aparatlarına baxış keçirməsi Ermənistanın "İsgəndər” raketlərinin nümayişinə verilən cavablar idi…".

F.ƏHMƏD


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA