Məhkəmə ADNA ətrafında saxlanılan 10 nəfər barədə qərar çıxarıb

img

01-05-2010 [01:07]


Aprelin 30-da axşam saatlarında Bakının Nəsimi rayon Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciənin ildönümü ilə əlaqədar keçirilən icazəsiz aksiyada ictimai asayişi pozduğu üçün saxlanılan 10 nəfərin işinə baxılıb. Onlardan 9-su inzibati qaydada cərimələnərək buraxılıb, bir nəfərə - Əhəd Məmmədliyə isə 10 sutkalıq iş kəsilib. Ə.Məmmədli Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavinidir. Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı da həbsdədir. O, aprelin 29-da tutularaq 10 sutkalıq həbsə məhkum edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA