MMP sədri yerli təşkilatlarla görüşə başlayıb - Fotolar

img

21-09-2016 [12:50]


Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Türkiyə səfərindən geri dönüb.

Mia.az-ın məlumatına görə. partiya sədri yenidən aktiv fəaliyyətini davam etdirir. Belə ki, bu gün Müasir Müsavat Partiyasının mərkəzi qərargahında partiyanın rayon təşkilatlarının sədrləri ilə görüş keçirilib. Hazırda Biləsuvar və Qazax rayon təşkilatlarının sədrləri və fəalları ilə görüş baş tutub.

Hafiz Hacıyev təşkilat sədrləri ilə ölkədəki ictimai-siyasi durumu müzarkiə edərək, müvafiq tapşırıqlar verib. Bundan sonra da rayon təşkilatlarının sədrləri ilə görüşlərin davam etdirilməsi nəzərdə tutulub. 

Ölkə üzrə bütün rayon təşkilatlarının rəhbərləri ilə görüşdən sonra mühüm qərarlar veriləcək. Partiyadan o da bildirilib ki, MMP sədrinin təşkilat rəhbərləri ilə görüş başa çatandan sonra kütləvi aksiyalarla bağlı qərar veriləcək.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA