Azərbaycandan ermənilərin Ağdama hərbi texnika çıxarmasına sərt - Reaksiya

img

20-09-2016 [22:34]


"Azərbaycanın işğal olunmuş Ağdam rayonunda  artilleriya və ağır texnikanın cəlb olunması ilə Ermənistan silahlı qüvvələrinin canlı atəş hazırlığı məşqləri Ermənistanın növbəti ciddi təxribatıdır və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərini təhdid edir”.

Bunu  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

"Ermənistanın bu təxribatı ən yüksək siyasi səviyyədə vasitəçilik prosesinə cəlb olunmuş həmsədr ölkələrin sülh təşəbbüslərinə birbaşa təhqirdən başqa bir şey deyil. Ermənistanın bu cür davranışı sülh danışıqlarına və həmsədrlərə münasibətdə Ermənistan rəhbərliyinin səmimiliyini ciddi sual altına qoyur”, – deyə, o, vurğulayıb.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA