20-09-2016 [09:22]
"Bu gün Azərbaycan regionun aparıcı dövlətidir. Cənubi Qafqazda həyata keçirilən bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, çox zaman Azərbaycanın təşəbbüsü ilə həyata keçirilir".
Bunu sentyabrın 19-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə "Azərbaycan şəhərciyi”nin rəsmi açılış mərasimində çıxışı zamanı Azərbaycanın birinci xanımı Mehriban Əliyeva deyib.
Mia.az birinci xanımın açılış nitqinin olduğu kimi təqdim edir:
"Əziz dostlar, Parisin rəmzinə çevrilmiş Eyfel qülləsinin yanında yerləşən Jofr meydanında "Azərbaycan şəhərciyi”nin açılışında sizin hər birinizi səmimi qəlbdən salamlayıram. Bu axşam bizimlə bərabər olduğunuza görə sizə dərin minnətdarlığımı bildirirəm. Artıq üç ildir ki, Parisdə bu layihə uğurla həyata keçirilir və ölkələrimiz arasında mövcud dostluq əlaqələrinin möhkəmlənməsinə və xalqlarımızın bir-birini daha dolğun tanımasına xidmət edir. Parisin 6-cı və 1-ci rayonlarından sonra "Azərbaycan Şəhərçiyi” Fransa paytaxtının ən gözəl rayonlarından biri olan 7-ci rayonda qonaqlara öz qapısını açır.
Mən şəhərciyin hazırlanmasında və həyata keçirilməsində əməyi olan hər bir insana, xüsusilə də Parisin 7-ci rayonunun meri, bizim əziz dostumuz Raşida xanım Datiyə və meriyanın bütün əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm. Onu da qeyd etmək istərdim ki, 5 il bundan əvvəl, hələ 2011-ci ildə Heydər Əliyev Fondu Fransada öz fəaliyyətinə başlayanda və Azərbaycana dair tədbirlər keçirəndə məhz Raşida xanımın təşəbbüsü ilə bizim ilk tədbirlərimizdən biri – həm sərgi, həm konsert məhz Parisin 7-ci rayonunun meriyasında keçirilmişdi. Bu əməkdaşlığa görə xanım Dati sizə dərin minnətdarlığımı bildirirəm və ümidvaram ki, bu gün açılan "Azərbaycan şəhərciyi” yenə də bura gələn qonaqlar tərəfindən böyük maraqla qarşılanacaq və ölkəmiz haqqında məlumat almaq üçün gözəl bir fürsətə çevriləcək.
Əziz dostlar, Azərbaycan müstəqilliyini bərpa etməsinin 25 illiyini bu il qeyd edir. Bu illər ərzində Azərbaycan bir çox nailiyyətlərə imza atıb. Bu gün Azərbaycan regionun aparıcı dövlətidir. Cənubi Qafqazda həyata keçirilən bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, çox zaman Azərbaycanın təşəbbüsü ilə həyata keçirilir. Bu gün Azərbaycanda bütün sahələrdə sürətli inkişaf gedir. Biz təbii sərvətlərimizə, imkanlarımıza və ən əsası isə xalqımıza arxalanaraq bu nailiyyətləri əldə edirik və irəli gedirik.
Əsrlər boyu Azərbaycanda müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin nümayəndələri sülh şəraitində bir ailə kimi yaşayıb. Bu gün də bu ənənələr qorunub saxlanır. Bu gün Azərbaycan dözümlülük və tolerantlıq məkanı kimi dünyada tanınıb. Biz tariximizə, dinimizə, mədəniyyətimizə böyük hörmət bəsləyərək dünya mədəniyyəti müxtəlifliyinə və dünyanın digər dinlərinə və mədəniyyətlərinə böyük hörmətlə yanaşırıq. Məhz qarşılıqlı hörmət, dözümlülük, tolerantlıq prinsiplərinə əsaslanaraq bəşəriyyət bu gün üzləşdiyi ksenofobiya, ayrı-seçkilik, radikalizm və terrorizm kimi dəhşətli bəlalara qarşı mübarizə apara bilər.
Mən bu fürsətdən istifadə edərək bu səhər Fransa Prezidentinin iştirakı ilə keçirilən və terror qurbanlarının xatirəsinə həsr olunmuş mərasimə ehtiramımı bildirirəm və bir daha öz adımdan və hər bir azərbaycanlının adından Fransa xalqına və terror qurbanlarının yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Terrorizmin nə dini, nə milləti var və bu bəlanı həyatımızdan qaldırmaq üçün biz gərək birlik nümayiş edək.
Əziz dostlar, sürətlə inkişaf edən ölkəmiz bu gün Fransa –Azərbaycan əməkdaşlığına böyük əhəmiyyət verir. Mən çox şadam ki, ölkələrimiz arasında bütün sahələrdə əlaqələr dinamik şəkildə inkişaf edir. Həm dövlət, həm qeyri-dövlət qurumları, ictimai qurumlar arasında əlaqələr qurulur və ikitərəfli münasibətlər möhkəmlənir. Təkcə son 5 il ərzində Fransanın və Azərbaycanın müxtəlif şəhərləri, regionları arasında 13 qardaşlaşma sazişi imzalanıb. Bu proses nəticəsində regionlar arasında həm mədəni, həm iqtisadi əlaqələr qurulur. Azərbaycanda 50-dən çox fransız şirkəti fəaliyyət göstərir. Azərbaycan Fransanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı kimi qalır. Azərbaycanın ən ağır problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də Fransa fəal iştirak edir. Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir. Ümidvaram ki, gələcəkdə də Fransa münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, sülh və ədalət yolu ilə həllində öz səylərini göstərəcək, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını, suverenliyini dəstəkləməkdə davam edəcək.
Əziz dostlar, mən çox sevinirəm ki, ölkələrimiz arasında humanitar sahədə əməkdaşlıq tamamilə yeni bir səviyyəyə qaldırılıb. Yüzlərlə azərbaycanlı tələbə Fransanın ali məktəblərində təhsil alır. Fransanın Dövlət Şərq Dilləri və Mədəniyyətləri Universitetində Azərbaycan dili fakültəsi fəaliyyət göstərir. Müluz şəhərinin Yuxarı Alzas Universitetində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq kafedrası açılıb.
Təməli Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Olland tərəfindən qoyulmuş Fransız liseyi bu gün artıq Bakıda ən qabaqcıl təhsil ocaqlarından birinə çevrilib. Çox şadam ki, bu ilin sentyabrında Bakıda Azərbaycan-Fransız Universiteti fəaliyyətə başlayıb.
Mən əminəm ki, humanitar sahədə, mədəniyyət sahəsində əlaqələr bizim xalqlarımızı bir-birinə daha yaxın edir, daha yaxşı tanıdır və Fransa–Azərbaycan əməkdaşlığının, Fransa-Azərbaycan münasibətlərinin güclənməsinə xidmət edir. Məhz ona görə biz belə layihələri Fransada həyata keçirməyə çalışırıq ki, ölkəmizi tanıdaq. Mən bir daha bu işdə bizə dəstək olan hər bir insana dərin minnətdarlığımı bildirirəm.
Sonda ümidvar olduğumu bildirirəm ki, bizim burda çalışıb yaratdığımız Azərbaycan mühiti sizin qəlbinizdə xoş duyğular oyadacaq və ölkələrimiz arasında növbəti körpüyə çevriləcək.
Əziz dostlar, mən sizə və sizin ailə üzvlərinə cansağlığı, xoşbəxtlik arzulayıram, Fransa dövlətinə sülh və əmin-amanlıq diləyirəm.
Diqqətinizə görə çox sağ olun".
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib
SOYUQ SAVAŞ GERİ DÖNÜR - Çin "Üçüncü Cəbhə”ni yenidən açıb, 15 milyon səfərbər olunub
Azərbaycan – etibarlı tərəfdaş, potensial təhlükə... (TƏHLİL)
Sabunçunun bu ərazilərində işıq olmayacaq
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə