Lavrovla Kerri arasında növbəti görüş nə zamandır? – ABŞ Dövlət Departamenti

img

20-09-2016 [09:09]


ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında Suriya böhranı ilə bağlı növbəti görüş keçiriləcək.

Bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi bildirib.

"Dövlət katibi ilə nazir arasında görüş tezliklə baş tutacaq. Dəqiq vaxtı hələ ki, açıqlaya bilmərəm. Görüş yaxın saatlar ərzində, ən uzağı çərşənbə günü keçiriləcək”,- deyə  Dövlət Departamentinin rəsmisi qeyd edib.

Xatırladaq ki, ABŞ dövlət katibi və Rusiya xarici işlər naziri Nyu-Yorkda BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirak edirlər. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA