Mitinqində saxlanılan bu şəxslərə cəza verildi - Məhkəmə qərarı

img

19-09-2016 [23:36]


Milli Şuranın mitinqdən sonra ictimai asayişi pozmaqda ittiham edilərək saxlanılan şəxslərə inzibati həbs cəzası verilib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə həmin şəxslər - Toğrul İbrahim, Kazım İmanov, Elton Əli, Ruslan Qara, Nuru Nuruzadə, Məcnun Pirəliyev, Ülfət Həsənqarayev, Orxan Carçı, Araz Səməd, Məmməd Baləməmmədov, Şəmistan Şahverdiyev və Dəyanət Əliyev 8 sutka inzibati həbs cəzası alıblar.

Nurlan Sarıyev isə 200 manat cərimə olunub.

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatında bildirilir ki, mitinqdən sonra bəzi iştirakçılar asayişi pozmağa cəhd edib, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq hüquqa zidd hərəkətlərə yol veriblər.

Lent.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA