“İlham Əliyev FETÖ-yə qarşı lazımi tədbirləri görür” – TBMM başqanı

img

19-09-2016 [22:26]


"Azərbaycanın dövlət başçısı İlham Əliyev FETÖ-yə qarşı lazımi tədbirləri görür".

Bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəman deyib.

"Azərbaycan bizim doğurdan da "Bir millət, iki dövlət” şüarı ilə birlikdə olduğumuz qardaş ölkədir. O cür insanların fəaliyyətlərinə icazə verməsinlər. FETÖ "sülh, mülayim islam” maskalarının arxasında böyük dövlətlərə xidmət edən zavallı bir qrupdur”, – deyə İsmayıl Qəhrəman bildirib.

"İlham Əliyev böyük dövlət xadimidir, lazımi tədbirləri görür. Bir çox platformada biz Azərbaycanla bir yerdəyik, bir-birimizi kürək-kürəyə, çiyin-çiyinə dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik”, – deyə Türkiyə Böyük Millət Məclisinin sədri vurğulayıb. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA