Milli Şura sentyabrın 24-ə təyin etdiyi mitinqdən imtina etdi – Açıqlama

img

19-09-2016 [17:43]


"Milli Şura sentyabrın 24-də mitinq keçirməyəcək".

Bu barədə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev məlumat verib.

Onun sözlərinə görə, növbəti mitinqin keçirilməməsinin səbəbi sonuncu aksiyada baş verənlərdir: "Bilirsiniz ki, sonuncu razılaşdırılmış mitinqdə bir neçə fəal həbs edilib. Biz də bunu nəzərə alıb mitinq keçirməyəcəyik".

E.Quliyev Müsavat Partiyasının rəhbərliyinin mitinqlə bağlı çağırışına da münasibət bildirib: "Çox güman ki, Müsavat rəhbərliyi Milli Şuranın bu qərarından xəbərsiz olub. Biz onların birlik çağırışlarına hörmətlə yanaşırıq".

Müsavat Partiyası başqanının müavini Elman Fəttah isə "Facebook" sosial şəbəkəsində Milli Şuranın mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi müraciət formasının fotosunu paylaşıb.

O qeyd edib ki, Milli Şura mitinqlə bağlı bir neçə gün öncə mediaya açıqlama verib:"Biz də ona görə insanları həmin mitinqə çağırmışıq. Niyə narazıdırlar, anlamıram".

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA