Ermənilər bizim aramızı vurmaq istəyirlər - Səfirdən açıqlama

img

19-09-2016 [16:28]


İranda keçirilən idman yarışlarında bəzi idmançıların paltarlarında qondarma "Dağlıq Qarabağ Respublikası”nın "bayrağı”nın olmasının məqsədi İran ilə Azərbaycan arasında mövcud olan yüksək səviyyəli əlaqələrə zərər gətirmək və kölgə salmaq idi.

Mia.az-ın məlumatına görə, bunu İranın Azərbaycandakı səlahiyyət müddəti başa çatan səfiri Möhsün Pakayin bu gün keçirdiyi mətbuat konfransında deyib.

Səfir deyib ki, İran dövləti dərhal məsələyə reaksiya verib: "Biz buna dərhal reaksiya verdik və tədbir gördük. Mən bəyanatımda qeyd etdim ki, İran idman yarışlarının siyasi məqsədlər üçün istifadə edilməsiniN əleyhinədir. Biz həmin idman yarışlarının təşkilat komitəsinə ciddi xəbərdalıq etdik və gələcəkdə Ermənistandan gələn idman komandaları İrana ciddi nəzarət altında buraxılacaq. Biz qondarma "Dağlıq Qarabağ respublikası”nı tanımırıq. Biz prinsipal olaraq işğalın, separatizmin əleyhinəyik. Düşünürük ki, münaqişələr sülh yolu ilə həllini tapmalıdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA