Azərbaycanın ABŞ-dakı səfiri Amerika Yəhudi Komitəsi qarzısında çıxız edib

img

29-04-2010 [02:39]


Amerika Yəhudi Komitəsinin (AYK) dəvəti ilə aprelin 28-də Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev komitənin illik konfransı çərçivəsində təşkil olunmuş xüsusi tədbirdə çıxış etmişdir. Tədbirdə ABŞ yəhudi icmasının yüksək rütbəli nümayəndələri iştirak ediblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, AYK-nin prezidenti Riçard Saydman və icraçı katibi Deyvid Xarris səfiri salamlayaraq, Azərbaycanın çoxəsrlik dözümlülük ənənələrini, xüsusilə çoxsaylı yəhudi icmasına daima xoş münasibətini vurğulayıblar. Həmçinin, Azərbaycanın İsrail ilə dost münasibətləri və onun ABŞ və İsrail üçün strateji tərəfdaş kimi xüsusi önəmi qeyd olunub. Səfir Azərbaycan yəhudilərinin tarixi, azərbaycanlıların etnik və dini dözümlülüyü, azərbaycanlılarla yəhudilər arasındakı sıx bağlardan danışaraq, Azərbaycan ilə İsrail arasında getdikcə daha da möhkəmlənən və çoxşaxəli səciyyə daşıyan münasibətlərin əhəmiyyətini vurğulayıb. Diplomat, həmçinin Azərbaycan-ABŞ münasibətlərinin hazırkı durumu, ABŞ-ın Əfqanıstanda sülhün qorunması səylərinə Azərbaycanın dəstəyi, ölkəmizin regiondakı açar rolu və Avropanın enerji təhlükəsizliyi üçün önəmi barədə də bəhs edib. Yaşar Əliyev iştirakçıların diqqətini Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktına cəlb edərək, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma yurdlarıa qaytarılması üçün beynəlxalq ictimaiyyətin hüquqi və mənəvi məsuliyyət daşıdığını bildirib. Sonda səfir iştirakçıların çoxsaylı suallarını cavablandırıb. 1906-cı ildə təsis edilmiş Amerika Yəhudi Komitəsi ABŞ yəhudi icmasının ən nüfuzlu təşikilatlarından biridir. AYK-in ABŞ-ın 32 şəhərində şöbələri və xaricdə 8 nümayəndəliyi fəaliyyət göstərir. AYK-in konfransının işində bu il ABŞ dövlət katibi Hillari Klinton, İsrailin müdafiə naziri Ehud Barak, İspaniyanın xarici işlər naziri Miqel Anxel Moratinyos, Niderlandın xarici işlər naziri Maksim Verhaqen, həmçinin ABŞ və Avropanın bir sıra digər rəsmi şəxsləri iştirak edirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA