Asim Mollazadə Berlindəki beynəlxalq tədbirdə Azərbaycanı təmsil edəcək

img

29-04-2010 [01:37]


Bu gün Berlində ?Cənubi Qafqazda yeni geosiyasət və iqtisadi əməkdaşlıq:Azərbaycandan baxış? mövzusunda müzakirələr keçiriləcək. Parlamentin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, müzakirələrdə Milli Məclisin deputatı Asim Mollazadə iştirak edəcək. Müstəqil və qeyri-kommersiya qurumu olan Xarici əlaqələr üzrə Alman Şurasının (DGAP) təşkil etdiyi bu tədbirdə xarici siyasətin cari problemləri elmi nöqteyi-nəzərdən tədqiq olunacaq, ekspertlərin fikirləri dinləniləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA