Müsavat Gənclər Təzkilatının sədri saxlanılıb

img

29-04-2010 [12:52]


[b]Arif Hacılı deyir ki, Tural Abbaslının hazırda hara aparıldığı məlum deyil[/b] Bu gün səhər saatlarında Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı Nəsimi rayonu ərazisində polis tərəfindən saxlanılıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, T.Abbaslının saxlanılaraq hara aparılması məlum deyil: ?Mən bu barədə hüquq müdafiəçilərinə, Müsavat deputat qrupunun üzvlərinə, Bakıda fəaliyyət gbstərən xarici ölkələrin diplomatik korpus nümayəndələrinə məlumat vermişəm. Eyni zamanda Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyevlə əlaqə saxlamağa cəhd göstərmişəm, amma yalnız köməkçisi ilə danışa bilmişəm. Mənə bildirib lər ki, məsələni araşdırıb məlumat verəcəklər. Amma iki saata yaxın vaxt keçib hələ də heç bir səs soraq yoxdur?. A.Hacılı onu da qeyd edib ki, T.Abbaslının saxlanması sabah keçirilməsi nəzərdə tutulan ADNA-da terror qurbanı olmuş gənclərin xatirəsini anım mərasimi ilə bağlıdır: ?Həmin tədbirin əasa təşkilatçılarından biri də Tural Abbaslıdır. Bu aksiyanın qarşısına almaq üçün belə bir addım atıblar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA