isa Qəmbərlə Mirmahmud Mirəlioğlu əməkdazlıq protokolu imzaladılar

img

28-04-2010 [06:14]


Müsavat Partiyası ilə Demokratiya Uğrunda İttifaq (DUİ) arasında qarşıdan gələn parlament seçkilərində əməkdaşlıq etməklə bağlı ilkin razılıq əldə olunub. Müsavat Partiyası mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bu gün Müsavat Partiyasının Mərkəzi Qərargahında Müsavat Partiyası ilə DUİ arasında məsləhətləşmələr davam etdirilib. Ölkədə yaranmış vəziyyət, milli demokratik düşərgənin fəaliyyətinin əlaqələndirilməsi, birgə aksiyaların keçirilməsi, dairələr üzrə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılıb. DUİ ilə Müsavat Partiyası arasında 2010-cu il parlament seçkilərində əməkdaşlıqla bağlı niyyət protokolu imzalanıb. Protokolun mətni əlavə olunur: [center][b]N İ Y Y Ə T P R O T O K O L U[/b][/center] Protokolu imzalayan Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaq (Klassik Xalq Cəbhəsi Partiyası, Azadlıq Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Xalq Partiyası, Milli Qurtuluş Partiyası) 2010-cu ildə keçiriləcək parlament seçkilərində seçki qanunvericiliyinin təkmilləşdirilməsi, seçki mühitinin demokratikləşdirilməsi, seçki saxtakarlığının qarşısının alınması, söz, mətbuat və sərbəst toplaşma azadlığının və digər azadlıqların təmin olunması, milli demokratik düşərgəyə daxil olan partiyaların seçkilərdə vahid platforma ilə iştirakı, hər bir seçki dairəsi üzrə güclü namizədin müəyyənləşdirilməsi və real müxalifətin əməkdaşlığının mümkün variantlarının müəyyənləşdirilməsi istiqamətində səylərini davam etdirmək niyyətini bəyan edir. Qeyd edək ki, protokolu Demokratiya Uğrunda İttifaq adından Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Müsavat Partiyasının başqanı İsa Qəmbər imzalayıb. [center][/center][center][/center]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA