Azərbaycan və Koreyanın hakim partiyaları arasında anlazma Memorandumu imzalanıb

img

28-04-2010 [02:44]


Azərbaycan və Koreyanın hakim partiyaları arasında anlaşma Memorandumu imzalanıb. Yeni Azərbaycan Partiyasının Sədr müavini Koreya Respublikasının iqtidar olan Böyük Millət Partiyası "Hannara"nın sədri ilə görüşüb. "Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi Əli Əhmədov Koreya Respublikası Milli Assambleyasında Hannara partiyasının deputat heyətinin sədri Ahn Sanq Soo ilə görüşüb, YAP və Böyük Millət Partiyası "Hannara" arasında əməkdaşlıq münasibətlərinə dair fikir mübadiləsi aparıb. Daha sonra YAP və "Hannara" arasında anlaşma Memorandumu imzalanıb", - bu barədə Trend-ə Azərbaycanın Koreya Respublikasındakı Səfirliyindən bildirilib. Koreya Respublikasının iqtidar Böyük Millət Partiyası "Hannara"nın dəvəti ilə bu ölkədə səfərdə olan Əli Əhmədov bu gün Koreyanın Milli Assambleyasının sədri Kim Hyonqo tərəfindən qəbul edilib: "Görüş zamanı bir çox sahələr üzrə ikitərəfli əməkdaşlıq münasibətləri, həmçinin iki ölkə parlamenti arasında əlaqələrin inkişaf məsələləri müzakirə olunub", - məlumatda vurğulanır. Səfər proqramı çərçivəsində Əli Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti Koreya - Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun sədri Suh Byonq-su və işçi qrupun digər üzvləri ilə də görüşüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA