?MaNga? rok qrupu promo-tur çərçivəsində Azərbaycana gələcək

img

28-04-2010 [01:40]


Gələn ay Norveçin paytaxtı Osloda keçiriləcək ?Eurovision-2010? mahnı müsabiqəsində Türkiyəni təmsil edəcək ?MaNga? rok qrupu promo-tur çərçivəsində Azərbaycana gələcək. Qrup üzvləri bunu Hollandiyada olarkən Avropa kanallarına müsahibələrində deyiblər. Qrup mayın əvvəllərində ölkəmizə gələcəklərini, bir sıra görüşlər keçirəcəklərini, eləcə də müsabiqədə ifa edəcəkləri ?We Could Be The Same? mahnısını promo edəcəklərini qeyd ediblər. Türkiyə təmsilçiləri artıq İsveçrə, Almaniya və Hollandiyada çıxış etdiklərini, tezliklə isə Azərbaycanla yanaşı, Rumıniyaya da səfər edəcəklərini açıqlayıblar. Bununla yanaşı, MaNga üzvləri ?Eurovision? yarışmasıdna iştirakdan məmnunluq duyduqlarını və bu müsabiqədə uğur qazanmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər: ?Eurovision? çox gözəl müsabiqədir. Türkiyənin təmsilçiliyi bizə həvalə olunduğu üçün sözsüz ki, sevinirik. Ancaq bu, böyük məsuliyyətdir, biz özümüzə güvənirik. Müsabiqədə ifa edəcəyimiz mahnı isə üç mahnı arasından seçilib. Mahnı hər birimizin istəyi ilə seçilib və bu seçimdən münsiflər heyəti də razı qalıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA