"KQB agenti" ittihamının Lalə Şövkətə aid olduğunu deyən müsavatçıimiz

img

27-04-2010 [08:07]


Bu gün Yasamal rayon Məhkəməsində Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkətin ?Ölkə? qəzetinə qarşı qaldırdığı iddia üzrə işə baxılıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda iddiaçı və cavabdeh tərəflər dinlənilib. MİA-ya açıqlama verən ALP sədr əvəzi Əvəz Temirxanın verdiyi məlumata görə, iddiaçı tərəf olaraq məhkəmədə çıxılmaz vəziyyətdə qalıb və mövqelərini əsaslandıra bilməyib: ?Prosesdə o da bəlli oldu ki, KQB agenti böhtanının Lalə Şövkətə aid olduğunu deyənlərdən biri Ərəstun Oruclu olub. Səhv etmirəmsə, Ərəstun Oruclu Musavat Partiyasının üzvüdür? . Qeyd edək ki, məhkəmə mayın 4-də davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA